!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqda 4 partiya koalisiya hökuməti quracaq

!Reklam – Yazi

İraqda 4 partiyanın iştirakı ilə koalisiya hökuməti qurulacaq.

Yenicag.az xəbər verir ki, bunu Milli Hikmət İttifaqının sözçüsü Məhəmməd Cemil Mayyahi bildirib.

“72 saat ərzində “As-Sayrun”, “Feth”, Milli Hikmət İttifaqı və “Nasir” təşkilatlarından ibarət koalisiya hökumət elan ediləcək”, – o vurğulayıb.

Qeyd edək ki, İraqda keçirilən parlament seçkilərində tanınmış din xadimi Müqtəda əs-Sədrin “As-Sayrun” bloku qalib gəlib. Bu blok parlamentdə 54 yer qazanıb. İranyönümlü (“Haşdi-şabi” silahlı qruplaşmasının dəstəklədiyi) “Fəth” alyansı 47 yerlə ikinci, hazırkı baş nazir Heydər əl-İbadinin “Nasir” təşkilatı 42 deputatla üçüncü olub. Əmmar əl-Həkimin Milli Hikmət İttifaqı isə 20 yer qazanıb. Müqtəda Əs-Sədr parlament seçkilərində iştirak etmədiyindən İraqın baş naziri ola bilməz. Bununla belə, onun blokunu təmsil edən şəxsin hökumətə başçılq etməsi də vacib sayılmır. Odur ki, Heydər əl-İbadinin yenidən baş nazir olacağı gözlənilir.

Bundan əlavə, keçmiş baş nazir Nuri əl-Malikinin “Qanun dövləti” Birliyi 26 yer qazanıb. Bu siyasi təşkilatın koalisiyadan kənar qalacağı gözlənilir. İraq Konstitusiyasına görə, rəsmi nəticələr açıqlandıqdan sonra 90 gün ərzində hökumət qurulmalıdır. İraq prezidenti Fuad Masum 15 gün ərzində məclisi ilk toplantı keçirməyə çağıracaq. Bu toplantıda parlamentin sədri və iki müavini seçiləcək. İlk toplantıdan sonra bir ay ərzində parlament İraq prezidentini seçəcək. Yeni prezident 15 gün ərzində məclisdə ən çox yer qazanan partiyaya hökuməti qurmaq səlahiyyəti verəcək. Yeni baş nazirin quracağı hökumətə 30 gün ərzində parlamentdə etmad verilməlidir.

Xatırladaq ki, ölkədə parlament seçkiləri mayın 12-də keçirilib. İraq parlamenti 328 deputatdan ibarətdir. Parlamentə 3 türkmanın seçildiyi barədə də xəbər yayılmışdı. Onlar seçkilərin nətcələrinin saxtalaşdırıldığını bildirib. Keçmiş baş nazir Nuri əl-Malikinin başçılıq etdiyi “Qanun dövləti” koalisiyası da seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək təkrar seçkilərin keçirilməsini tələb ediblər. (Report)

www.yenicag.az

1971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv