“İRƏLİ” Atıcılıq turniri keçirəcək
“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək 28 may tarixində “İrəli” İctimai Birliyi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, HUNTSMAN Atıcılıq Klubu və Olimpik Tir Klubun dəstəyi ilə 28 May Respublika gününə həsr olunmuş “Gənclər Təşkilatları arasında Atıcılıq Turniri” keçirəcək.
Turnirin məqsədi Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına dəstək olaraq gənclər arasında idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələnməsini aşılamaqdır.
Turnirdə 30-a yaxın gənclər təşkilatları rəhbərinin iştirakı planlaşdırılır. Turnirdə ilk üç yeri tutmuş şəxslərə qiymətli hədiyyələr veriləcəkdir.
Qeyd edək ki, Turnir Olimpik Tir Klubda, 30 May 2015-ci il tarixində saat: 12:00-da keçiriləcəkdir.