İrəvan bütün QAPILARI AÇDI – “2026-cı ilin yazında...”
Dünən Ermənistanın “Respublika naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin yazında Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün İrəvana səfər edəcək. O qeyd edib ki, sammitdə iştirak regionda dialoqun güclənməsi və sülhün möhkəmlənməsi baxımından mühüm addım ola bilər.
Mövzu ilə bağlı Yenicag.az-a danışan Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu addım normal qarşılanmalıdır.
O xatırladıb ki, tərəflər arasında artıq sülh sazişi paraflanıb:
“Ermənistan tərəfindən bu dəvətin olması normaldır. Çünki sülh prosesi həm də bu cür ictimai-siyasi əlaqələrin bərpası ilə müşayiət olunacaq. Bu istiqamətdə hər iki tərəfin iradəsi ortadadır və atılan addımlar kimlərisə təəccübləndirməməlidir. Bu cür dəvətlər də adi prosedur qaydası kimi qəbul edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli dialoq mövcuddursa, onda bu dialoq bütün platformalarda da davam etdirilə bilər. Hər bir halda hərtərəfli əlaqələrin qurulması qaçılmazdır”.
Məlik Məlikov