Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Akop Aslanyanla insidentdən sonra iqtidar fraksiyasının rəhbərliyi ictimai nəqliyyatda onunla mübahisə edən vətəndaş Samvel Vardanyanı cəzalandırmaq üçün onu hüquq-mühafizə orqanlarına şikayət edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin hakim partiyada olan mənbəsi məlumat yayıb.
Qəzetin fraksiyadan olan mənbəsi qeyd edib ki, son vaxtlar Tavuş məsələsindən sonra ictimaiyyətin hakim partiya deputatlarına qarşı münasibəti kəskin şəkildə dəyişib və getdikcə neqativ olub.
Qəzet yazır ki, “məhz buna görə də partiya üzvlərinin çoxu belə xoşagəlməz hadisələrlə qarşılaşır və insanlar onları görəndə əsəbi reaksiya verirlər, amma bu hadisələr heç də həmişə gündəm olmur. Ona görə də partiya bu məsələləri bir o qədər də qaldırmır”.
Nəşr xatırladıb ki, dünən Ermənistan parlamenti sədrinin başçılıq etdiyi hakim fraksiya elitası gəncin hərəkətlərini xuliqanlıq olaraq qiymətləndirib və davranışlarına görə cəzalandırılmalı olduğunu dilə gətirib. KİV-in iddiasına görə, hakimiyyət bunun insanların gözünü qorxutmaq istəyir ki, belə hadisələrin bir daha təkrarlanmasın.
Rafi Müslümov
www.yenicag.az