İrəvandakı matçda "bayraq" təxribatı: UEFA-ya müraciət ediləcək - VİDEO

media-hightechnic-468x90

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin “bayrağı”nı qaldırıblar. Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05