!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş yerlərində əməl edilməli QAYDALAR

!Reklam – Yazi

İş ərazisi müvafiq havalandırma qurğuları ilə təmin olunmalıdır. Həmin havalandırma sistemləri duman, qoxu, his və buxarlanmanı aradan qaldırmalı, temperaturu mühafizə etməli, toz, çirk və zərərvericilərin girişinin qarşısını almalıdır.

Yenicag.az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, havalandırma qurğularının hissələrinin (filtrlər və digər hissələrin) mütəmadi təmizləmək və ya dəyişdirmək imkanının olması vacibdir.

Müəssisələr təbii və ya süni işıqlanma ilə işıqlanmalı, süni işıqlanma vasitələri xüsusi qoruyucu ilə qorunmalıdır. İstifadə olunacaq işığın şiddəti və rəngi qida istehsalı və qidanın xüsusiyyətlərinə mənfi təsir etməməli və iş yerlərini kifayət qədər işıqlandırmalıdır.

İş yeri daimi isti və soyuq içməli su ilə də təchiz edilməli və qida məhsulunun qızdırılma və ya soyudulması üçün istifadə olunan buxar və buz “içməli su” standartına cavab verməlidir. İstifadə edilən su çənlərinin yuyulub dizenfeksiya edilməsi və qeydiyyata alınması da mühimdir.

Qida məhsullarının istehsal və ya emal olunduğu ərazilər (ofislər və s. istisna olmaqla) qida məhsulları istehsalına uyğun gigiyenik tələblərə cavab verəcək formada quraşdırılmalıdır. Belə ki, döşəmə örtükləri möhkəm, dayanıqlı olmalı, su keçirməməli, sürüşkən olmamalı, təmizlənməsi sadə və dezinfeksiyaya uyğun olmalıdır. Örtüklər, həmçinin aşınmaya qarşı dayanıqlı və yuyula bilən olmalıdır. İstehsal sahəsində, həmçinin müvafiq say və ölçüdə tullantı su kanalı olmalıdır və kanallar qoxu yayılmasına və tullantıların geri qayıtmasına qarşı etibarlı, təmizləmə və dezinfeksiya edilə bilən olmalıdır.

COP29

www.yenicag.az

858
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv