İşdən çıxarılan nazirin bacısı oğlu da vəzifəsindən AZAD EDİLDİ

Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri vəzifəsini icra edən Rəşad İsmayılov əmr imzalayıb.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur./Manşet/