“İşğalçı ölkənin gücü çatmadığı, …”

media-hightechnic-468x90

siaphoto_444659“Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin qoşunların təmas xəttində vurulmuş Ermənistan helikopterinin qalıqlarının guya hazırda neytral bir ərazidə olması ilə bağlı yaydıqları bəyanat erməni maraqlarından çıxış etməyə söykənir”. Bunu  Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun həmsədrlərinin təxribat  xarakterli bəyanatına münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, hal-hazırda Azərbaycan torpaqlarının işğal altında qalması məsələsində ATƏT-in Minsk qrupu ilə rəsmi Yerevan eyni siyasət aparır və bir-birini tamamlayırlar: “Yəni, Azərbaycan torpaqlarının işğal altında qalmasından ötrü Ermənistan əlindən gələn nə varsa, onu edir. İşğalçı ölkənin gücü çatmadığı və yaxud ona aid olmayan sahələr üzrə həmin məsələni isə ATƏT-in Minsk qrupu yerinə yetirir. Hazırda Minsk qrupu, Ermənistanın Azərbaycan torpaqlarının işğal altında qalması istiqamətində apardığı siyasətin tamamlayıcı faktoruna çevrilib. Mənim üçün o bəyanatın verilməsi heç də təəccüblü olmadı. Əslində onlar bu günə kimi heç vaxt ermənilərə acıqlanmayıblar və irad bildirməyiblər”.

M. Əhmədoğlu hesab edir ki, ATƏT-in Minsk qrupu susmaqları, həqiqəti danmaqları ilə həmişə ermənilərə dəstək veriblər: “Amma bu bəyanata qədər elə 2-3 hadisə var ki, onlar orada ermənilərin mövqeyini dəstəkləyiblər. Təbii ki, bu bəyanatın özü də açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləməyə xidmət edir. Nümunə olaraq onu qeyd etmək istərdim ki, BMT suriyalı ermənilərinin Azərbaycan işğal olunmuş ərazilərinə (Laçın və Zəngilan) köçməsi haqqında məsələ qaldıranda, o zaman Dağlıq Qarabağdan-Yerevana və əks tərəfə Laçın yolu ilə gələn həmsədrlər Kəlbəcərdən keçib getdilər. Sonradan isə Xocalı aeroportunun işə düşməsi zamanı həmsədrlər açıq şəkildə müdafiə etdilər ki, Ermənistan tərəfi hava məkanında təyyarə uçurmalıdır. Hətta bu barədə Minsk qrupu həmsədrlərinin bəyanatı da var. Onların axırıncı bəyanatları isə hər şeyi sübut etdi. Həmsədrlər artıq Ermənistanın işğalçılıq siyasətini tamamlayan tərəfə çevriliblər. Hesab edirəm ki, bununlada ATƏT-in Minsk qrupu həmsədrləri özlərini tənzimləmə prosesindən kənarda qoyublar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600