İŞİD Azərbaycanın İraqda səfirlik açmaq planına mane olub

media-hightechnic-468x90

загруженное (9)İraq hökuməti İŞİD-lə mübarizəni bitirən kimi Bağdadda Azərbaycan səfiliyi açılacaq.

Bu barədə  İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycandan nümayəndə heyəti səfirliyin binası, səfirin və əməkdaşların yaşayacağı mənzillərlə tanış olmaq məqsədilə Bağdada səfər edib. Amma İŞİD-in yaratdığı problemlər nəzərə alınaraq səfirliyin açılması yubadıldı.

Diplomat bildirib ki, Azərbaycan səfirliyinin binası Bağdadda səfirliklərin yerləşdiyi “Green zona” (Yaşıl zona) yerləşməyəcək:

“Səfirlik üçün ayrılmış bina həmin zonadan da təhlükəsizdir. Razılaşmamız belə olub ki, bu məsələ ətrafında problemlər həllini tapandan sonra Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq”, səfir bildirib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa