İŞİD-in yeni hədəfi kimdir?

media-hightechnic-468x90

llllllTerrorçu qruplaşmanın yeni hədəfinin Suriyanın şimal-qərbində yerləşən Kobani şəhəri olduğu düşünülür.

Təxminən iki ildir suriyalı kürdlərin nəzarətində olan və kürdlərin Rojava olaraq adlandırdığı Kobanin şimalındakı və şərqindəki kəndlərə İŞİD (İraq Şam İslam Dövləti) yaraqlıları günlərdir hücumlar edir. Buna görə Kobani kəndlərində yaşayan insanların YPG (PKK-nın Suriya qolu – red) terror təşkilatına sığındığı bildirilir.

YPG lideri Saleh Müslüm İŞİD-lə Türkiyə hökuməti arasında bir əlaqə olduğunu iddia edib: “İndi Kobanidə hücumların olduğu bölgəyə silah çatdırmaq asan deyil. Hücumların olduğu bölgəyə aparan bircə körpü var. Və yüzlərlə İŞİD-çi ağır silahları ilə dostlarımızın olduğu bölgəyə arxadan gəlir. Yəni ya Türkiyənin özündən (Kobani Türkiyə ilə həmsərhəd Suriya şəhəridir – red.), ya da Türkiyə torpağına girib oradan gəliblər. Çünki başqa yol yoxdur. Biz Türkiyə hökuməti içərisində bəzi qurumların bu qruplaşmalarla əlbir olduğunu düşünürük”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600