İŞİD Mosulun Eskişehir bölgəsində qaçan sakinlərə hücum edib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, İraq polisinin verdiyi açıqlamada:
“İki terrorçu-kamikadze kütlənin içinə girərək özlərini partladıblar. Terror zamanı 5-i uşaq, 10-u qadın olmaqla 23 nəfər ölüb. Kamikadzelərdən biri qadın olub”, deyib.
Hadisə yerində İŞİD militanlarının olduğu üçün cəsədləri götürmək mümkün olmayıb. Həmçinin bildirilir ki, İŞİD-in dinc əhaliyə raketlə hücumu nəticəsində 9 nəfər həyatını itirib.
www.yenicag.az