İŞİD Türkiyəyə hücum edəcək?

media-hightechnic-468x90

isis_militants_260714Zərdüşt Əlizadə: “İŞİD heç bir halda Türkiyəyə hücum etməyəcək”

Bəzən ekspertlər İŞİD-in Türkiyəyə də hücum edə biləcəyini proqnozlaşdırırlar. Görəsən, bu nə dərəcədə real səslənir? Doğrudanmı İŞİD Türkiyəyə də hücum etmək gücündədir?

Politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında İŞİD-in Türkiyəyə hücum etməyə cəsarət etmədiyini söylədi: “İŞİD heç bir halda Türkiyə ərazisinə hücum etməyəcək. Çünki, Türkiyə ordusu çox güclüdür, onları qısa zamanda məhv edər. Bu səbəbdən İŞİD-in belə bir risqə gedəcəyini düşünmürəm. İraqa ona görə hücum ediblər ki, İraq ölkə kimi və ordusu da bir ordu olaraq çox zəifdir. Məzhəb təfriqəsi bu ordunun döyüş qabiliyyətini heçə endirib. Suriyaya ona görə hücum edib ki, bu ölkə ümumiyyətlə bütün dünya güclərinin hədəfindədir. Burada üç ildən çoxdur ki, vətəndaş müharibəsi gedir. Amma Türkiyəyə cəsarət  edib hücum edə bilməzlər. Türkiyə ordusu onları darmadağın edə bilər”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600