!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslamiada sürücülərinin maaşları kəsildi - Etiraz aksiyası olacaq

!Reklam – Yazi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları mayın 22-də başa çatsa da, yarış günlərində istifadə olunan nəqliyyat vasitələrinin sürücüləri maaşlarını ötən gün alıblar.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, avtobus sürücüləri maaşlarını alan zaman arzuolunmaz durumla qarşılaşıblar. Belə ki, onların məvacibi kəsilib. Sürücülər əvvəlcədən vəd olunan 700 manat əvəzinə 525 manat əmək haqqı alıblar.

175 manatı kəsilən sürücülər buna görə etiraz aksiyası keçirməyə hazırlaşır.

Məsələyə münasibət öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Ancaq saytımıza açıqlama verən agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev sürücülərə maaşların verilməsinə BNA-nın cavabdehlik daşımadığını bildirməklə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə əlaqə saxlamağımızı məsləhət bildi.

Gənclər və İdman naziri Azad Rəhimovun komitənin vitse-prezidenti olduğunu nəzərə alaraq, qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müraciət etdik. Məsələni araşdırmaq üçün 1 saat vaxt istəyən Məmmədova da saytımıza açıqlamasında bu işə cavabehlik daşımadıqlarını söylədi: “Bu məsələnin Əməliyyat Komitəsinə heç bir aidiyyatı yoxdur. Düzdü, Avropa Oyunlarında sürücülərin işə götürülməsi məsələsinə baxırdıq. Amma İslamiadada komitə tərəfindən dövlətə müraciət olundu ki, idmançıların, qonaqların daşınması üçün bizə filan qədər avtobus lazımdır. Artıq sürücülərin işə götürülməsi və onlara nə qədər maaşın verilməsi məsələsinin bizə aidiyyatı yox idi. Onlara maaşların hansı qurum tərəfindən ödənilməsindən də xəbərsizəm”.

Qeyd edəkl ki, İslamiada zamanı nəqliyyat vasitələri ilə təminat məsələsi Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Sürücülər isə “BakuBus” və “Xalıq Faiqoğlu” MMC başda olmaqla, bütün sərnişin daşıyıcı şirkətlərindən cəlb edilib.
Məsələni diqqətdə saxlayıb, araşdırmanı davam etdirəcəyik.

Emin Səfərov

Yenicag.az

COP29

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv