!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İspaniya Rusiya güləşçilərini Avropa çempionatında iştirakdan məhrum etdi

!Reklam – Yazi

İspaniya hakimiyyəti Rusiyanın güləş üzrə gənclərdən ibarət yığmasının üzvlərinə (20 yaşa qədər iştirakçılar) və komandanın mütəxəssislərinə iyunun 26-dan iyulun 2-dək Santyaqo-de-Kompostela şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün viza verməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, REN TV telekanalına Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bunu təsdiqləyib.

“Onlar təkcə idman meydançasında qaydalarla oynasaydılar, hər şey yaxşı olardı. Yaxşı, nə etməli? Biz daha da güclü olmalıyıq. Ədalət onsuz da qələbə qazanacaq və onlar başa düşəcəklər ki, dostlaşmaq, ünsiyyət qurmaq lazımdır. Gənclər bir-biri ilə ünsiyyət qurmalı, ənənəvi dəyərlərini paylaşmaslı, idmanı inkişaf etdirməlidir”, – Mamiaşvili deyib.

O, komandasının yarışda iştirak etməməsi səbəbindən İspaniyanın Rusiyadan daha çox itirdiyini iddia edib. Mamiaşvili vurğulayıb ki, söhbət təkcə rəqabət mühitindən deyil, həm də tədbirin özündən, onun cəlbediciliyindən gedir.

COP29

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv