Qlobal bazarlar yeni həftəyə İsrail-Fələstin münaqişəsinin ciddi təsirlərini hiss edərək başlayıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, HƏMAS-ın İsrailə qarşı başladığı yeni hücuma İsrailin sərt cavabı dünya bazarlarını “silkələyib”.
Birjalarda bir sıra sanballı brendlərin səhmlərində ucuzlaşma müşahidə edildiyi halda, neft və qızılın qiymətlərində artım qeydə alınmaqdadır. Belə ki, “BIST 100” fond indeksi dünən günə 1,94 faiz azalma ilə 8,300 bənd həddində başlayıb. Günün ikinci yarısından sonra isə satışlar bir qədər dərinləşdi və həmin indeks 3,21 faiz azalma ilə 8,193 bənd həddinə düşdü.
Qeyd olunur ki, Yaxın Şərq birjalarında da oxşar vəziyyət müşahidə olunur. Bölgənin ən böyük birjası sayılan Səudiyyə Ərəbistanına məxsus “Tadawul Stock Index”in səhmləri 1,3 faiz ucuzlaşıb.
www.yenicag.az