!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail “Hizbullah” liderinin tabeliyində olan bütün şəxsləri məhv etdi

!Reklam – Yazi

İsrailin Qəzza zolağından sonra Livanı hədəf alan hücumlarında “Hizbullah” lideri Həsən Nəsrullahın tabeliyində olan bütün şəxslər son günlər baş verən hücumlarda həyatlarını itiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Portalın məlumatına görə, İsrail ordusu “Hizbullah”a qarşı peycer və radioları partlatmaqla başladığı hücumlar çərçivəsində Livanı havadan bombalamağa davam edir. Qeyd olunur ki, bu hücumlarda hədəf alınan “Hizbullah”ən yüksək rütbəli komandanlıq səviyyəsi böyük itki verib.

Qəzet əlavə edib ki, İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyə və eyni gün Livanın paytaxtı Beyrutda “Hizbullah”ın ordu komandiri Fuad Şükrün İsrail tərəfindən həyata keçirilən əməliyyatlarda öldürülməsi ilə İran və bölgədə dəstək verdiyi qüvvələr, demək olar ki, öz qüvvələrini itiriblər.

Bildirilir ki, “Hizbullah”ın rabitə vasitələrini, peycerləri və ratsiyalarını partlatmasından sonra İsrail tərəfindən təşkil edilən hava hücumlarında qrupun üçüncü adamı Əli Karaki və yüksək rütbəli üzvü İbrahim Aqil də öldürülüb. Lakin Karakinin ölümünü “Hizbullah” hələ də qəbul etməyib.

KİV onu da vurğulayıb ki, “Radvan “ Qüvvələrinin yüksək rütbəli komandiri Vissam əl-Tavil isə yanvarın 8-də İsrailin PUA-larla keçirdiyi əməliyyatda həyatını itirib. İyunun 13-də baş verən hücumda da səhra komandiri Talib Sami Abdullah və üç “Hizbullah” üzvü İsrail ordusunun mənsubları tərəfindən öldürülüb.

Həmçinin o da qeyd olunur ki, iyulun 3-də “Hizbullah”ın regional komandiri Məhəmməd Nasser İsrail tərəfindən öldürülən ikinci yüksək rütbəli şəxs olub. Bundan əlavə, İsrailin hava hücumu zamanı Beyruta endirdiyi zərbələrdən sonra “Hizbullah” komandiri İbrahim Kubeysi də öldürülüb. Livan təhlükəsizlik qüvvələrinə yaxın mənbələrdən verilən açıqlama Kubeysinin öldürülməsi artıq öz təsdiqini tapıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv