İsrail işğal dairəsini genişləndirir

media-hightechnic-468x90

1409568899İudeya və Samarinin vətəndaş administrasiyası (İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdə fəaliyyət göstərən rəhbər orqan) İsrailin İordan çayının qərb sahillərində təxminən 400 hektar ərazini mənimsədiyini elan edib.

Zəbt olunan ərazi yəhudilərin məskunlaşdığı Esiona aiddir. İsrailin bu addımının səbəbləri açıqlanmır.

ABŞ bu təşəbbüsə neqativ münasibət göstərib. “Biz İsrail hökumətini öz qərarını dəyişməyə çağırırıq. İsrailin bu hərəkəti fələstinlilərlə münasibətlərin nizamlanmasına mane olur”, – deyə Amerika Dövlət Departamentinin diplomatı bildirib.

Fələstin dövlətinin ərazisində israillilər üçün yaşayış məskənlərinin tikilməsinə qarşı çıxan “Peace Now” təşkilatından bildiriblər ki, bu 1980-ci ildən bəri Qərb sahillərində İsrailin ən böyük işğalıdır.

Fələstin lideri Mahmud Abbasın mətbuat katibi Nabil Abu Rdainah İsraili torpaqları mənimsəməkdən çəkinməyə çağırıb: “Bu qərar sabitliyin daha da pozulmasına səbəb olacaq. O, Qəzzadakı müharibədən sonra ziddiyyətləri ancaq kəskinləşdirəcək”.

Xatrladaq ki, İsrailin İnşaat Nazirliyi iyunun əvvəllərində Fələstin ərazilərindəki yəhudi yaşayış məskənlərində 1500 yeni evin tikilməsi üçün tender elan etmişdi. Evlərin 400-nün Şərqi Yerusəlimdə, yerdə qalanının isə İordan çayının qərb sahillərində tikilməsi planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600