!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail Livanın cənubuna zərbələr endirdi: Ölənlərin sayı 300-ə yaxınlaşır - YENİLƏNDİ

!Reklam – Yazi

İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb.

***17:46

Livanın Səhiyyə Nazirliyi bu gün İsrailin ölkənin cənubundakı şəhərlərinə endirdiyi zərbələr nəticəsində 100 nəfərin öldüyünü, 400 nəfərin isə yaralandığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “Al Mayadeen” televiziyası məlumat yayıb.

Kanalın məlumatına görə, SN həmçinin cənub bölgələrində, əsasən isə Bekaa-Hermel və Nabatiehdəki bütün xəstəxanaları bütün təcili olmayan əməliyyatları təxirə salmağa və İsrailin hücumu nəticəsində yaralananların müalicəsinə üstünlük verməyə çağırıb.

Kanal əlavə edib ki, İsrail ordusu Əl-Xiamın müxtəlif şəhərlərindəki evləri hədəfə alarkən cənubdakı Zibqin kəndinə də ağır basqın edib. Hücumlar həmçinin Taybeh, Deyr Seryan və Vadi əl-Hüceyr şəhərinin ətraflarını da hədəf alıb.

TV-nin Livanın cənubundakı müxbiri İsrailin hücumlarının Naqouradakı bir yaşayış evi hədəf aldığını və itkilərin təxliyəsi üçün səylərin davam etdiyini bildirib. Qeyd olunur ki, ölkənin cənubundakı Tire bölgəsində, eləcə də Naqoura və ən qərbdəki Zibqində əl-Bayyada bölgəsinə hava hücumları həyata keçirilib.

Bundan əlavə, bildirilib ki, Livanın müvəqqəti baş naziri Nəcib Mikati bazar ertəsi Nazirlər Kabinetinin iclasında İsrailin hücumlarını soyqırımı adlandırıb.

“İsrailin Livana qarşı genişlənən təcavüzü sözün hər mənasında soyqırımdır və məqsədi Livan kəndlərini məhv etməkdir”, – baş nazir bildirib.

O, daha sonra BMT, Təhlükəsizlik Şurası və nüfuzlu dövlətləri “ədalətin tərəfində durmağa” və Livana təcavüzü dayandırmağa çağırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv