İsrail ordusu Qəzzaya yollanan donanmanı mühasirəyə aldı
İsrail ordusu humanitar yardım adı altında Qəzzaya doğru yola çıxan donanmanı mühasirəyə alıb.
Yenicag.az xəbər verir ki, bu barədə “humanitar yardım”a rəhbərlik edən “Global Sumud Donanması” (GSF) məlumat yayıb.
Fəalların sözlərinə görə, İsrail hərbi gəmisi donanmanın əsas gəmilərindən olan “Alma”nın kapitanını manevr etməyə məcbur edib. Daha sonra eyni gəmi “Sirius” adlı digər gəmini də oxşar hərəkətlərlə hədəfə alıb.
Fəallar insident zamanı kameraların, canlı yayımın və rabitə sistemlərinin sıradan çıxarıldığını deyiblər.
Məlumata görə, hazırda donanma Qəzzaya 120 dəniz mili məsafədədir.