İsraildə dəhşətli qəza baş verdi
Yenicag.az bildirir ki, avtoqəza zamanı avtobusla yük maşını və traktor bir-birinə çırpılıb. Nəticədə 8 sərnişin ölüb, 50 sərnişin isə yaralanıb. Hadisə Neqerdakı şosse qovşağında baş verib.
Ambulanslar və helikopterlər qəza baş verən əraziyə göndərilib. Xəsarət alanları xəstəxanalara çatdırmağa çalışırlar. 14 yanğınsöndürən maşın ərazidə qəzanın nəticələrini aradan qaldırmaq üçün hərəkətə keçib.
İsrail saytı yazır ki, ölənlərin əksəriyyəti bədəvi ərəblərdir. Onlar Rahat qəsəbəsindədir. Qüdsdə əl-Əqsa məscidində ibadət etmək üçün gediblər. Faciə isə onlar səfərdən geri dönəndə baş verib.
Könüllü xilasedicilərdən olan Elad Levi deyib: “Dəhşətli görüntülərə şahid oldum. Traktoru daşıyan yük maşını avtobusa çırpılıb. Çalışdıq ki, ağır yaralıları mümkün qədər tez xəstəxanaya çatdıraq”.