İran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
“İslam Respublikası suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və ayrılmaz hüquqlarını həyata keçirmək üçün heç kimdən icazə istəməz”, – deyə Kənani qeyd edib.
Onun sözlərinə görə, Avropa üçlüyü İrandan onun suverenliyi və ərazi bütövlüyünü pozan rejimə qarşı cavab tədbirləri görməməsini tələb edir: “Əgər bu ölkələr həqiqətən regionda sülh və sabitlik üçün çalışırlarsa, heç bir qeyd-şərtsiz İsrail rejiminin təxribatlarına və münaqişənin qızışdırılmasına qarşı çıxmalı, Qəzza zolağına qarşı müharibəyə dərhal son qoymalıdırlar”.
www.yenicag.az