İsrailin gündəlik 725 milyon dollarlıq MÜHARİBƏSİ: “Qazandığının 50%-dən çoxu ABŞ-nin hesabınadır”

media-hightechnic-468x90

“ABŞ olmasaydı, İsrail müharibədə bu qədər güclü ola bilməzdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

media-zeynalemreliyev1

O, İsrail-İran müharibəsində ABŞ-nin rolundan və yəhudi dövlətinin müharibəyə xərclədiyi vəsaitdən söz açıb.

Xatırladaq ki, təxmini hesablamalara görə, İsrail İranla hava müharibəsi fonunda hər gün 725 milyon dollar (1,3 milyard AZN) dəyərində birbaşa hərbi xərclər edir. Analitiklərin fikrincə, bu rəqəm hücum və müdafiə əməliyyatlarının – hava zərbələri, pilotsuz uçuş aparatları, müdafiə sistemləri və ehtiyat ordusunun səfərbər edilməsi kimi xərclərin cəmini əhatə edir.

Prosesə toxunan müsahibimiz əlavə edib ki, ABŞ birbaşa İran-İsrail müharibəsinə dəstək olmur:

“Amma “ABŞ susqundur” deməzdim, çünki ABŞ İsrailə kifayət qədər dəstək göstərir. ABŞ-nin diplomatik-kəşfiyyat dəstəyi, həmçinin İsrailə verdiyi mühüm silahlar olmasaydı, bu gün İsrail regionda bu qədər aktiv şəkildə əməliyyatlar həyata keçirə bilməzdi. Həm İrana qarşı keçirilən, həm Qəzza bölgəsindəki əməliyyatlarda əsas məsələ məhz ABŞ-nin İsrailə verdiyi dəstəkdir. İsrailin bir dövlət olaraq hərbi xərcləri çox böyükdür. Bu hərbi xərclərin çox böyük qismi ABŞ tərəfindən dəstəklənir. İsrailin bu müharibədə keçirdiyi uğurlu əməliyyatların bir çoxu məhz Amerikanın dəstəyi sayəsində əldə olunub. ABŞ-nin hazırkı susqunluğu və İsrailin günlük bu qədər xərci ilə nəyəsə nail olmaq mümkündürmü, bunu qarşı tərəfin gücü müəyyənləşdirir”.

Z. Əmrəliyev qeyd edib ki, İsrail İranın hərbi gücünə bələd olmayıb:

“Açıq danışmaq lazımdırsa, bu müharibədən öncə İranın əlində bu qədər ballistik raketlərin olduğu və onların hədəf nöqtələrinə çatacağı ilə bağlı məlumatlar çox az idi. Çox az adam düşünürdü ki, İranın əlində bu qədər dağıdıcı gücə malik silahlar var və bu silahlar İsrailin HHM-ni dağıda bilər. Məlum olduğu kimi, İsrailin Hava Hücumundan Müdafiə Sistemləri və “Dəmir Qübbə” regionda ən güclü sayıla biləcək qüvvələr idi. Bütün bunların müqabilində İranın bu planları pozması və raketlərinin hədəfə çatması İsrailin hərbi nüfuzuna böyük zərbə vuracaq addımlardır”.

O, hesab edir ki, İsrail hərbi sahədə qazandığı uğurlara görə ABŞ-yə borcludur:

“ABŞ hər zaman İsraillə birlikdədir. Birbaşa müharibədə iştirak etməsə də, demək olar ki, İsrailin bu gün qazandığının 50%-dən bir qədər çoxu məhz ABŞ-nin hesabınadır. Qısacası, ABŞ olmasaydı, İsrail nə İranla, nə də regional müharibədə bu qədər güclü ola bilməzdi”.

Nurlan Cəfəri

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600