İstanbulda AZAL-ın təyyarəsinin təkəri yanıb

media-hightechnic-468x90

[0p9o0[-90p[-90-9İstanbulun Atatürk Hava Limanında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sağ təkəri yanıb.

Azərbaycan Havayollarına məxsus “Boeing 757-200” tipli sərnişin təyyarəsi saat 12:50-də hava Atatürk hava limanına enib.

Sərnişinlərin boşaldılmasından sonra təyyarənin sağdakı arxa təkərində anidən alov meydana gəlib. Xilasetmə qruplarının təyyarənin alışan təkərinə müdaxilə etməsiylə yanğın böyümədən qarşısı alınıb.

Təyyarədə baş verən bu nasazlıq aradan qaldırıldıqdan sonra uçuş üçün heç bir maneə olmadığı bildirilib və 14:30-da Bakıya uçuş həyata keçirilib.

Səlahiyyətlilər təyyarənin təkərlərinin yeni dəyişdirildiyini, alışmanın istiləşmədən ötrü baş vermiş ola biləcəyini qeyd edərək, İstanbul-Bakı uçuşunun problemsiz şəkildə reallaşdırıldığını bildiriblər(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600