İstanbulun mərkəzindəki “Türk Dünyası” məhəlləsi

media-hightechnic-468x90

11262243_10206770486531537_1378483846_nAsiyadan Avropaya yayılmış Türk kültürü, “Türk Dünyası Evləri”ndə sərgilənir.“Özbək Evi”ndən “Qırğız Evi”nə,  “Türkmən Evi”ndən  “KKTC Evi”nə qədər  tam 9 ev ilə “YURD” adı verilen iki çadır, sizi Kırımdan Qafqazlara, oradan da Orta Asyaya  və Azərbaycana aparır. 

İstanbulun sürprizlərlə  dolu gözəlliklərinə bir yenisi daha əlavə olunub. Artiq neçə ildir ki,  şəhərin tarixi məkanlarından  Topkapı Parkında qurulan  “Türk Dünyası Kültür Məhəlləsi” ziyarətçilərinə,  Kırımdan Çin Səddinə qədər uzanan bir coğrafyada möhtəşəm səyahət imkanları yaradır. Parkdakı “Türk Dünyası Evləri” ndə, hər cümhuryiyətin mədəniyyəti  sərgilənir.İstanbul Bələdiyə  Başqanı Qədir Topbaşın istanbullulara və Türk Dünyasına hədiyyə etdiyi parkda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Tatarıstan  və Başqırdistanı təmsil edən “Kültür Evləri” qurulub. Balkanlardakı Türk varlığı da, xüsusi bir “Balkan Evi” ilə təmsil edilir.

11245270_10206770516332282_993133842_nParkda   “YURD” deyilən ve keçədən hazırlanan 2 orijinal  Türk çadırı da qurulub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Türkiyə Prezidenti Ərdoğana hədiyyə etdiyi “Yurd” da bu parkda  sərgilənir.

Yurdar və daxili dekorlrı ziyaretçilərin böyük marağına səbəb olur. Artıq Topbaşın “ən böyük xəyallarımdan biri idi” dediyi park, Novruz bayramı da daxil olmaqla, Türk dünyasının bayramlarına, dövlət rəhbərlərinin iştirakı ilə keçirilən xüsusi tədbirlərə ev sahibliyi edir. Hər il Türk dünyasının böyük aydınlarından Çingiz Aytmatovun doğum ve vəfat günləri burada keçirirlir.

Ötən il Böyük Azərbaycan şairi Məhəmməd Hüseyin Şəhriyarın da doğum günü və onun haqqında Türkiyə türkcəsində İstanbulda çap olunan “Şəhriyar” kitabının (monoqrafiyanın müəlifi Esmira Fuad Şükürovadır)
təqdimat mərasimi də burada yadda qalan bir şölənlə qeyd edildi. Azərbaycanın İstanbul baş konsulluğunun da ciddi dəstək verdiyi bu tədbir böyük maraqla qarşılandı.

Kültür Evlərində, Türk Cumhuriyətlərinə məxsus  ev əşyaları, milli geyimlər, bəzək əşyaları, musiqi alətləri, oyuncaqlar, xalılar, kilimlər, tarixi savaş silahları  sərgilənir.11257634_10206770433970223_1553738350_n

 Maraqlıdır kı ölkəyə gələn xarici turistlərin həmin əşyalara xüsusi marağı var. Bir-birindən  gözəl əşyalara sahib olmak üçün isə uzağa getmək lazım deyil.. Sərgilənən əşyaların önəmli bir hissəsi  “Hədiyəlik Əşya Evi”ndə satılır. Qazanc məqsədi güdməyən bu alış-veriş əsasən təbliğat xarakteri daşıyır.

Orxan Yenisey abidələrinin maketləri də Kültür Məhəlləsində sərgilənməyə başlanıb. Kültür  Evlərinin müdiri Saleh Doğan deyir ki, “Türk Cümhuriyyətlərində olan önəmli abidələrin miniatür variantlarını bu parkda yaratmaq istəyirik. O cümlədən, Azərbaycan Mədəniyyət Nazirliyindən bu məsələdə dəstək olmalarını rica edirik. Azərbaycanın Qız Qalası, Şirvanşahlar Sarayı kimi tarixi abidələrinin maketlərini bu parkda görmək çox xoş olardı”.3

Məhəllədə ən çox diqqət çəkən məqamlardan biri Panorama 1453 Tarix Muzeyidir. Qadir Topbaşın təşəbbüsü ilə qurulan bu muzey İstanbulun fəthinin Türk Dünyasının birlikdə apardığı mübarizənin başarısı olduğunun göstəricisidir.

Bu səbəbdən də, bu məhəlləni Türk Dünyasının mədəniyyət körpüsü olmaq yolunda atılan çox gözəl bir addım saymaq olar…

Kəbutər HAQVERDİ

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600