İstifadəsiz taksilər tərəvəz bağçası oldu – FOTOLAR

Taylandın paytaxtı Bangokda istifadəsiz taksilər tərəvəz bağçasına çevrilib.

Yenicag.az xəbər verir ki, pandemiyaya görə müflislik həddinə çatan taksi şirkətinin sahibi işçilərə taksiləri tərəvəz bağçası kimi istifadə etməyə icazə verib.

İşçilər də taksilərdə müxtəlif tərəvəz məhsulları yetişdirməyə başlayıblar.

Ortaya isə belə maraqlı görüntülər çıxıb: