Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İstilik sistemlərinin sağlamlığa vurduğu ziyan - HƏLL YOLLARI

Evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur.

Yenicag.az xəbər verir ki, bu sistemlər evin havasını qurudur və sağlamlığa ziyan vurur.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada “ilişir” və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qripp xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir – dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır. Bunu necə edək?

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır.

2. Döşəmələri hər gün nəm əski ilə silin.

3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.

4. Müasir nəmləndirici apparatlar da bu işdə sizə kömək edə bilər.

www.yenicag.az

5186
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM