İstirahət gününə olan hava proqnozu

media-hightechnic-468x90

05c71003170303ec9fd360a37127700eBəzi yerlərdə yağız yağacağı gözlənilir

Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-17, dağlıq ərazilərdə gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600