İsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildi

media-hightechnic-468x90

İsveç parlamenti ölkə vətəndaşlığının alınması tələblərini sərtləşdirən qanun qəbul edib.

media-banner_tuq

Yenicag.az SVT-yə istinadən xəbər verir ki, bundan sonra əcnəbilər vətəndaşlıq üçün müraciət etməzdən əvvəl İsveçdə azı səkkiz il yaşamalıdırlar. Bu isə hazırkı qaydalardan üç il çoxdur.

16 yaşına çatmış şəxslər üçün vətəndaşlıq almaq məqsədilə İsveç dili biliyi və ictimaiyyətşünaslıq üzrə xüsusi imtahandan keçmək tələb olunacaq.

Gəlirlə bağlı da yeni tələb tətbiq edilib. Belə ki, müraciət edənin illik gəliri azı 241,8 min İsveç kronu (22 min dollar) olmalıdır.

Yeni tələblər potensial vətəndaşlar üçün iyunun 6-dan qüvvəyə minəcək. Hətta müraciət bir neçə il əvvəl edilsə belə, bu qaydalar tətbiq olunacaq./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05