Bu gün İsveçrədə federal parlamentin hər iki palatasına seçkilər keçirilir.
Yenicag.az xəbər verir ki, Milli Şuraya 200, Kanton Şurasına 46 deputat seçiləcək.
Ekologiyanı müdafiə edən partiyaların güclənməsi müşahidə edilsə də, ənənəvi olaraq keçən əsrin 50-ci illərindən hökuməti formalaşdıran 4 partiyanın yenə seçkilərdə ən çox səs toplayan partiyalar olacağı gözlənilir.
Seçkiqabağı kampaniyada əsas mövzular iqlim dəyişikliyi, tibbi sığortanın bahalığı, Avropa İttifaqına münasibət, miqrantlar və pensiyadır. Dörd il öncə keçirilən seçkilərdə isə təbliğat kampaniyalarında birinci yeri tibbi sığorta, dördüncü yeri iqlim dəyişikliyi mövzusu tutub. İqlim dəyişikliyi mövzusunun aktuallaşması yay aylarının daha isti keçməsi, İsveçrənin alpinizm zonalarının qarsız qalması olub. İlin əvvəlindən ölkədə ətraf mühitin qorunması ilə əlaqədar aksiyalar keçirilməyə başlanıb. Aksiyalarda gənclər fəal iştirak edirlər./APA/
www.yenicag.az