Xaricdə olan ermənilər parlament seçkilərdə səs verə bilməyəcək

media-hightechnic-468x90

Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız respublika ərazisində ancaq fiziki halda iştirak edə biləcəklər.

media-banner_tuq

Yenicag.az Report-a istinadən bildirir ki, bunu TASS-a açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Seda Qukasyan bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin ərazisində seçki məntəqələri açılmır.

“Ermənistan vətəndaşı ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, yalnız Ermənistan ərazisində fiziki iştirakı ilə iradəsini ifadə edə bilər”, – MSK rəsmisi vurğulayıb.

Bununla yanaşı, diplomatik xidmət keçən Ermənistan vətəndaşları, xaricdə uzunmüddətli ezamiyyətdə olan və ya təhsil alan hərbi qulluqçular, eləcə də onların səsvermə hüququ olan ailə üzvləri istisnadır. Belə ki, onlar elektron şəkildə səs vermək hüququna malikdirlər.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05