Reklam: High Technic
hightechnic

İsveçrədən qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqallı qərar

İsveçrənin Cenevrə vilayət məhkəməsi qondarma “erməni soyqırımı” ilə bağlı qərarını açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, erməni diasporu bir neçə dəfə qondarma “erməni soyqırımı”na abidə qoyulması üçün bələdiyyəyə müraciət etsə də, bələdiyyə abidə üçün yer ayırmağı rədd etmişdi. Lakin Cenevrə vilayət məhkəməsi bütün etirazlara və bələdiyyənin narazılığına baxmayaraq, abidənin qoyulmasına qərar verib.

Abidənin qondarma “erməni soyqırımı”nın ildönümündə – yəni 24 aprel 2018-ci il tarixində açılması planlaşdırılır.

Qeyd edək ki, erməni diasporu məsələ ilə bağlı 2011-ci ildə müsabiqə elan etmiş, erməni əsilli fransız Melik Ohanyanın layihəsi isə qəbul olunmuşdu.

www.yenicag.az

1637