İtaliya Hörmüzün minalardan təmizlənməsinə kömək etmək üçün gəmilər göndərəcək

media-hightechnic-468x90

İtaliya Hörmüz boğazının minalardan təmizlənməsi üzrə beynəlxalq missiya çərçivəsində dörd gəmi göndərməyə hazırdır.

media-banner_tuq

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İtaliya Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi Cuzeppe Berutti Berqotto bildirib.

“Plan iki mina əleyhinə gəmi, bir müşayiət gəmisi və bir maddi-texniki təminat gəmisindən ibarət qrupun yerləşdirilməsini nəzərdə tutur”, – HDQ-nin qərargah rəisi bildirib.

Berqotto qeyd edib ki, İtaliya həmçinin mina əleyhinə gəmilər göndərən beynəlxalq koalisiyanın bir hissəsidir. Bu koalisiyanın tərkibinə daxil olan Böyük Britaniya, Fransa, Belçika və Niderland minalardan təmizləmə imkanlarına malikdir.

O, həmçinin bildirib ki, İtaliya gəmiləri şimal-qərbdəki La-Spesiya limanından yola düşəcək və əməliyyat bölgəsinə qədər təxminən dörd həftə yol gedəcəklər./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05