İtaliyanın Boltsano şəhərinin mərkəzində 4 mindən çox insan, həmçinin mehmanxanaların təxminən 800 müştərisi İkinci Dünya Müharibəsindən qalan partlamamış bombaya görə təxliyyə edilib.
Yenicag.az xarici mətbuata əsasən xəbər verir ki, Boltsanoda yerli hakimiyyətin sərəncamı üzrə “qırmızı zona” yaradılıb.
Bundan başqa, təxminən 60 min şəhər sakini “sarı zona”ya salınıb və onlara bir müddət təhlükəli döyüş sursatının zərərsizləşdirilməsi ilə əlaqədar evlərindən küçəyə çıxmamaq göstərişi verilib. Bundan başqa, bir sıra yollarda, dəmir yol xətlərində hərəkət məhdudlaşdırılıb.
Əməliyyat uğurla başa çatıb və bomba məhv edilib.
www.yenicag.az