İtkin düşdüyü deyilən Sabunçu rayon sakininin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, fevralın 17-si səhər saatlarında paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü B.Həşimov evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə (RPİ) onun ailə üzvləri tərəfindən məlumat verilib.
Daxil olan müraciət əsasında Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Məlum olub ki, itkin düşmüş kimi axtarışa verilən B.Həşimov fevralın 18-də şəhər klinik xəstəxanasında ürək çatışmazlığı diaqnozundan vəfat edib.
www.yenicag.az