İtmiş təyyarənin qara qutusundan siqnal gəldi
Keçən ay bortunda 239 adamın olduğu Malaziya hava yollarına məxsus olan itmiş təyyarənin qara qutusundan siqnallar alınıb.
Bu barədə təyyarənin qara qutusunu axtaran Çin gəmisindən xəbər verilib.
Axtarma çalışmalarını koordinasiya edən avstraliyalı yetgililər ikinci siqnalın Hind okeanının güneyindən gəldiyini bildiriblər.
Amma bu məlumatdan sonra o da bildirilib ki, gələn siqnalın tam olaraq itən təyyarəyə məxsus olduğunu demək də çətindir. Axtarışlar aparan gəmi sabah artıq həmin bölgədə olacaq.
Alınan siqnalın saniyədə 37.5 Hz olduğu bildirilib ki, təyyarələrin qara qutularından da gələn siqnalların eyni tezlikdə olduğu qeyd olunur.
Gəminin taleyi ilə maraqlananlar qara qutuların ancaq 30 gün ərzində siqnal yaya bildiyini, bu üzdən də itmiş təyyarənin tezliklə tapılmasının vacibliyini vurğulayıblar(axar.az).