İyunun 1-dən qüvvəyə minir - 30 manat cərimələnə bilərsiz

media-hightechnic-468x90

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.

Yenicag.az xəbər verir ki, evini sığorta etdirməyən vətəndaşlar isə cərimələnəcək.

Əslində bu, qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da tətbiq olunmurdu. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquq şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

İyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600