İyunun 15-də metro işləyəcək?

media-hightechnic-468x90

İyunun 15-də Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: “Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. İyun ayının 16-da isə futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600