Jirinovski jurnalistdən 1 milyon tələb edir

media-hightechnic-468x90

APTOPIX Russia Presidential TermRusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri, Dövlət Dumasının ən qalmaqallı deputatı Vladimir Jirinovski ispan jurnalisti məhkəməyə verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, rus deputat ispan jurnalistin öz kitabında onun adından həqiqətə uyğun olmayan sözlər yazdığını iddia edib. Jurnalist yazdığı kitabda bildirib ki, guya Vladimir Jirinovski müxtəlif siyasi strukturlara sərf edən bəyanatlar vermək üçün onlardan pul alıb. LDPR sədrinin özü isə bunu təkzib edir.

İndi Jirinovski jurnalistdən 1 milyon rubl (təxminən 19 min 700 manat) təzminat almaq niyyətindədir. “Jirinovskinin tələbi icraiyyətə götürülüb və işə mayın 15-də baxılacaq”, – deyə məhkəmə nümayəndəsi bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600