Jirinovski qadını təhqir etdi-Video
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski mətbuat nümayəndələrinin suallarına cavab verərkən ədəbsizlik nümayiş etdirib.
Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib.
Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə “Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiya Ukraynaya sanksiya tətbiq etməlidirmi” sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb.
Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. Qadın jurnalistləri söyüşlə təhqir edən Jirinovski sonda onların mətbuat konfransını tərk etmələrini tələb edib(anspress).