Jirinovski Rusiyanı tənqid etdi-Video

media-hightechnic-468x90

nmbngÖz kurioz və qeyri-adi çıxışları ilə gündəm yaradan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin rus cəmiyyətini tənqid edən çıxışları sosial şəbəkədə yayılıb.

Ukraynalı bloggerlərin paylaşdığı çarxda Jirinovski Rusiya daxilində intihar hallarının çoxalmasından gileylənib.

Onun sözlərinə görə, dünyanın heç bir yerində Rusiyadakı qədər özünə qəsd edən insana rast gəlmək olmaz. Jirinovski bildirib ki, ölkədə alkoqolizm, narkotik maddə istifadəçiləri və digər pis vərdişlərə malik şəxslərin sayı günü-gündən artmaqdadır.

Partiya sədri əlavə edib ki, bu vaxta qədər yol nəqliyyatı infrastrukturunun, hərbçilərin və digər sahələrin yaxşılaşdırılması ilə bağlı verilən vədlər yerinə yetirilməyib. O, həmçinin ölkə üzrə korrupsiya hallarının tüğyan etdiyini vurğulayıb. Əlavə edib ki, dünyanın Rusiyanı görməyə gözü yoxdur.

Xatırladaq ki, ukraynalı bloggerlərin Jirinovskinin hələ bir müddət əvvəl – Rusiyada keçirilən son prezident seçkisi ərəfəsindəki çıxışını gündəmə gətirməkdə məqsədləri bu ölkənin əsl mahiyyətinin nədən ibarət olmasını göstərməkdir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600