Bu gün bir qrup müstəqil jurnalist Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirib.
Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlı jurnalistlərin Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana qarşılıqlı səfərlərinin planlaşdırılmasına etiraz ediblər.
Onlar XİN-in binasının qarşısında “Rədd olsun işğalçı Ermənistan nümayəndləri”, “Şəhid anaları bizi qınayır” və başqa şüarlar sələndiriblər.
Daha sonra aksiyaya qatılan jurnalistlərin hazırladıqları etiraz bəyanatının mətni XİN nümayəndəsinə təqdim edilib.
XİN-dən bildirilib ki, bəyanat qəbul edilməyəcək. Buna səbəb isə aksiyanın qanunsuz olması göstərilib.
Bundan sonra aksiya iştirakçıları XİN-in qarşısında oturaq aksiyaya başlayıblar.
Səxavət Məmməd