Kabayeva vidalaşıb

media-hightechnic-468x90

39629 (1)Rusiya Dövlət Duması bu gün deputat Alina Kabayevanın xahişini təmin edib.

media-banner_tuq

Duma deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar verib. Olimpiya çempionu parlamentdə olduğu yeddi il ərzində plenar iclasda üç dəfə çıxış edib, həmçinin beş qanun layihəsinin hazırlamasında iştirak edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin məşuqəsi iddia edilən Alina Kabayeva yeni vəzifəyə təyin edilib.

O, “İzvestiya” qəzeti, LifeNews telekanalı və “Rus informasiya xidməti” radiostansiyalarının daxil olduğu “Milli Media Qrupu”nun direktorlar şurasına başçılıq edəcək.

Alina Kabayeva yeni vəzifəsinə qədər “Milli Media Qrupu”nun İctimai şurasına rəhbərlik edib. (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05