“KamAZ”la “Mitscubisi” toqquşdu-3 nəfər xəsarət aldı
Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı – Qazax əsas magistral yolunun 198-ci kilometrliyində qeydə alınıb. Ələkbərov Qubad Rəhbər oğlunun idarə etdiyi “KamAZ” markalı, 33 – BF -216 dövlət nömrə nişanlı yük maşını ilə Hacıyev Seyfəddin Ağamusa oğlunun idarə etdiyi “Mitscubisi” markalı, 10-PH -715 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü S. Hacıyev, sərnişinləri 49 yaşlı İbişov Rais Əlikram oğlu və onun qardaşı 47 yaşlı Nəriman Əlikram oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.