Kamran Ağayev "Neftçi"yə qayıdır? - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Milli komandamızın qapıçısı, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, “qolkiper” “Neftçi”də çıxış edəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. “Ağ-qaralar” bu keçidə görə “Boavişta”ya müəyyən məbləğ ödəyəcək.

“Çərçivə qoruyucusu”nun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.

Məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Yeniçağ.az-da danışan klub rəsmisi xəbərin doğru olmadığını, heç bir razılığın əldə edilmədiyini deyib.

Qeyd edək ki, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.

Aygün İlqarqızı

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600