Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Kosova ilə matça yollanmaması müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, futbolçu səbəb kimi zədəsinin olduğunu bildirib.
Lakin “Xəzər Tv”ə açıqlama verən yığmanın həkimi Vyaçeslav Xomenko Kamranın zədəsinin ciddi olmadığını bildirib:
“Fasilədə baxdıq, baldır nahiyəsində yüngül zədəsi var idi. Oyuna davam edə bilməyəcəyini dedi. Orda risk etmək istəmədik deyə, razılaşdıq. Oyundan dərhal sonra xəstəxanaya getdik və MRT etdirdik. Yüngül zədə göstərdi. Baldır hissədə göyərmə, qan yığılması var idi. Belə zədələlərə tez-tez rast gəlinir. Amma oynayıb-oyanamayacağına idmançı özü qərar verir. Səfərə getməmək qərarını özü verib. Amma bir daha deyirəm ki, Kamranın zədəsi ciddi deyildi”.
www.yenicag.az