Kanal rəhbərliyindən müğənniyə şok
Məşhur türk müğənnisi şok yaşayıb. Seda Sayanın verilişi bağlanılıb.
“Seda Sayan Show” Show TV-də yayımlanırdı. Bu veriliş ilk gündən etibarən kanal üçün baş ağrısı olmuşdu.
Belə ki, kanal rəhbərliyi həyat yoldaşını qətlə yetirən birini canlı yayıma çıxaran, daha sonra isə müğənni Niran Ünsalla mübahisəsi düşən S.Sayana güzəştə getməyib.
Müğənni iki arvadını öldürən şəxsi efirə çıxardığı üçün ictimaiyyət arasında qınaq obyekti olmuşdu.
Seda Sayan bu qərardan sonra ölkəni tərk edib. Onun bir müddət istirahətdən sonra yeni formatda verlişlə efirə qayıdacağı deyilir. (anspress.com)