Elza Seyidcahan KÖVRƏLDİ: "Kaş yanıma gələydi, onu gözləyirəm"
“Kaş ki atam yanıma gələydi. Çox istəyərəm ki, onu tapam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, bəstəkar Elza Seyidcahan “Qonaqcanlı” verilişində deyib.
Sənətçi atasından danışaraq kövrəlib:
“Atam çox istedadlı insan idi, bizə də bu istedad ondan keçib. Həmin vaxt Rasimə bacım çox balaca idi. Onu sonuncu dəfə 23 yaşımda metroda gördüm. Onu hər dəqiqə gözləyirəm. Atam bəlkə də yaşayır. Kaş ki atam yanıma gələydi. Çox istəyərəm ki, onu tapam. Lap məzarını da olsa, tapım… Yeganə insan ata-anadır ki, onları nə boşamaq olur, nə də onlardan boşanmaq olur”.
Nehru













