!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kapital Bankda “pin kod” kələyi…

!Reklam – Yazi

56700Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti Kapital Bank vasitəsilə alanlar bankın fırıldağı ilə üzləşib.

Bu barədə Moderator.az -a müraciət edərək vətəndaşlar xəbər veriblər.

Vətəndaşların bildirdiyinə görə, dekabr ayının sonunda onlara müavinəti aldıqları kartların kodlarının dəyişdirilməsi adı ilə 2 AZN müqabilində yeni kodlar verilib. Bankın bu addımını vətəndaşlar ilin sonu təhlükəsizlik məsələləri üçün atılmış bir addım olduğunu düşünüblər. Daha sonra yanvar ayının 21-i həmin şəxslərdən təkrarən 2 AZN müqabilində yenidən kodlarını dəyişdirmələri istənilib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Kapital bank məcburi köçkünlərə verilən çörək pulları alınan kartların kodlarını süni şəkildə dondurur və 2 AZN müqabilində təzədən kod verir. Bu keçən ilin dekabrında baş verdi. Hamı fikirləşirdi ilin sonudur sistemdə nə isə ola bilər. Ancaq 21-22 yanvar 2016-cı il tarixlərində bu hal yenidən təkrarlandı. Dünən əksəriyyəti Cəbrayıldan olan məcburi köçkünlər Binəqədidə yerləşən Kapital Bankda 2 AZN pul müqabilində kod dəyişdirmə əməliyatına cəlb olunub. Belə çıxır ki, indi bankların ümidi məcburi köçkünlərin 2 manatına qalıb. Yəqin büdcəni bununla doldurmaq istəyirlər? Bu biyabırçılıqdır. Müdirin yanına girdim, deyir biz buna heç nə edə bilmərik, baş ofisimiz bilər. Mən verilən çekləri saxlayıram. İndi baş prokurora şikayət ərizəsi yazdım. Kapital bankın rəhbərliyinə müraciət ünvanladım. Mən faktları təqdim etməyə hazıram.
Sonra da deyirlər xalq niyə narazılıq edir, bu da təzə pul yığma metodudur. Xalq neyləsin, hər kəs özünü “toxunulmaz” sayır, o cümlədən KAPİTAL BANKIN RƏHBƏRLİYİ. Bu hadisə tək mənim deyil, yüzlərlə insanın başına gəlib, əksəriyyəti təkrardır, dekabrda kodu dəyişdirilənlərdi. Qabaqcadan sizlərə təşəkkür edirəm.”

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv