!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kar, kor, lal” – Fərhad Qəribov kimdir?

!Reklam – Yazi

610x380xFerhadQeribov.jpg.pagespeed.ic.k7QGf4B645Deputatın işi təkcə Milli Məclisdə səsvermə zamanı leyhinə, əleyhinə və bitərəf qalmaq yox, seçicilərini görmək, eşitmək, onların problemləri ilə maraqlanmaq, onu parlamentin yüksək tirbunasından səsləndirməkdir.

Görüb, eşitməyib, danışmayan millət vəkillərimizdən biri də Fərhad Qəribovdur.

Ölkə.Az-ın analitik qrupu millət vəkillərinin ötən 10 il ərzində nələrlə yadda qaldığını araşdırıb.

Milli Məclisin “lal, kar və kor” deputatları siyahısına başçılıq edənlərindən biri də məhz qəhrəmanımızdır. İlk olaraq qeyd edək ki, qəhrəmanımız 57 saylı Kürdəmir seçki dairəsindən 2005-cu ildə millət vəkili seçilib.

Fərhad Qəribovun parlamentdə səsi gəlməsə də, özü və oğlanlarının qalmaqalları ölkəni səsə salıb.

Fərhad Qəribov haqqında ilk yaddaqalan qalmaqal 2011-ci ildə Kürdəmirdəki Şirə Zavodunun qətlə yetirilən mühasibi Nadir Mehdiyevin adı ilə bağlıdır. Nadir Mehdiyevin oğlu Kərim Mehdiyev mətbuata açıqlama verərək bildirmişdi ki, onun atası ən son olaraq Kürdəmir bazarının qarşısında Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun maşınına minən görüblər və ondan sonra atası yoxa çıxıb.

Xatırladaq ki, Fərhad Qəribovun oğlu Zöhrab Qəribov “HENKEL-AZ KİMYA” MMC-nin direktorudur.

Millət vəkili nə qədər boynundan atsa və şirkətlərinin oğlanlarına aid olduğunu desə də, qurduğu biznes imperiyasına özünün başçılıq etdiyi heç kəsə sirr deyil.

Bu il “Beynəlxalq Bank” qalmaqalında Fərhad Qəribovun oğlu Elnur Qəribov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Düzdür, deputat oğlunun sırf “Beynəlxalq Bank”la bağlı saxlanılıb-saxlanılmadığı müəmmalı qalsa da, Elnur Qəribovun hansısa bankdan külli miqdarda kredit götürüb ödəyə bilməməsi ilə bağlı olduğu iddia olunur.

Digər tərəfdən Fərhad Qəribovun səsi Milli Məclisdə batdığı kimi “Debutbank”ı da batdı. Ancaq millət vəkilinə məxsus olduğu bilinən “Çıraq Plaza” və “Şəki” restoranlar şəbəkəsi türklər demişkən “tıkırında” işləyir.

Fərhad Qəribov haqqında araşdırma apardığımız zaman deputatın Milli Məclisdəki fəaliyyətindən (fəaliyyətsizliyindən) başqa hər cür işlərlə məşğul olduğu ortaya çıxdı. Qanunverici orqanın qanun verməli olan şəxslərindən birinin adının qanunsuz işlərdə hallanması doğurdan da düşündürücüdür.

Hər halda millət vəkili kimi fəaliyyətsiz olduğunu bilsək də, yenə də kürdəmirlilərdən Fərhad Qəribovu soruşduq. Cavablar isə demək olar ki, eyni oldu: “Onu millət vəkili kimi tanımırıq”, “Fərhad Qəribov heç seçkilər vaxtı bizlə görüşməyib, deputat seçiləndən sonra niyə gəlib görüşsün ki?”

Açığı yazını yazarkən çox çalışdıq ki, heç olmasa bir dənə də olsun müsbət nəsə tapıb yazaq, ancaq təəssüflər olsun ki, tapa bilmədik. Əgər fəaliyyəti ilə bağlı müsbət nəyisə varsa, Fərhad Qəribovdan sevə-sevə eşidib yaza bilərik…

Hər halda hər şey yenə seçənlərin və seçicilərin boynunda qalır…

www.yenicag.az

1028
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv