Karikatura təxribatı baş tutdu
ABŞ-ın Texas ştatının Qarlend şəhərində polis Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin yaxınlığında atəşma baş verib.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində naməlum şəxslər iki nəfəri güllələyib, bir nəfər isə yaralanıb.
Polis yaxınlıqda yerləşən biznes-mərkəzin əməkdaşlarını təxliyə edib. Məlumata əsasən karikatura sərgisinin mükafat fondu 10 min dollar olub.
Şəhər rəhbərliyi hadisə yerində partlayıcı qurğuların yerləşdirə biləciyindən ehtiyat edir.